İngiltərənin “Çelsi” futbol klubu Samuel Eto'O ilə müqaviləni uzatmayacaq. Futbolinfo.az xəbər verir ki, bu haqda baş məşqçi Joze Mourinyo qərar verib.
 
“Zadəganlar”ın baş məşqçisi komandanın bütün hücumçularından aşağı məhsuldarlıqları səbəbindən narazıdı. Mövsümün sonunda isə klubu məhz Eto'O tərk edəcək. Qışda isə hücum xəttinə heç bir futbolçu alınmayacaq. 32 yaşlı forvarda gəlincə isə, o, karyerasını Şimali Amerika çempionatında davam etdirəcək. Onunla ABŞ-ın “Los-Anceles Qelaksi” və “Di Si Yunayted” klubları maraqlanır.
 
Kamerunlu hücumçunun hazırkı müqavilə müddəti mövsümün sonunda başa çatır. Eto'O “Çelsi”yə bu yay Rusiya “Anji”sindən 6 milyon avroya keçib.
Shares: