"Liverpul" son zamanlar bir çox klubun hədəfində olan ulduz futbolçusu Luis Suaresin təzminat qiymətini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, uruqvaylı hücumçunu transfer etmək istəyən klublar 120 milyon avrosundan keçməlidi. Əgər Suaresi hansısa klub heyətinə qatarsa, bu, dünyanın ən bahalı transferi olacaq.
Xatırladaq ki, bu mövsüm forma geydiyi 11 matçda 11 qol vuran futbolçu ilə "Barselona" və "Real"ın (Madrid) maraqlandığı iddia edilir.
Qeyd edək ki, "Liverpul" Suares üçün həftəlik 300 min avro qazanacağı yeni müqavilə təklif etməyi də planlaşdırır.





