İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon Çempionlar Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Qalatasaray"la oyunöncəsi maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, italiyalı qolkiper axşamkı görüşdə rəqibin çılğın azarkeşlərinin onları qorxutmayacağını bildirib:
"İstanbulda çılğın azarkeş dəstəyindən qorxuruq? Mən azarkeşlərin qol vurduğunu heç vaxt görməmişəm. Yəni, qolu azarkeşlər yox, futbolçular vurmalıdı. Bu baxımdan biz əsas diqqətimizi öz oyunumuza yönəldəcəyik. Stadiondakı atmosferə vaxtında cavab verməlisən ki, sonradan bizə çətin olmasın".
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





