"Qalatasaray"ın futbolçusu Didye Droqba yanvarda klubdan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki,  komandanın rəsmi televiziya kanalına danışan qaradərili hücumçu deyib ki, müqaviləsi başa çatana qədər heç bir yerə getməyəcək:
 
"May ayına qədər buradayam. Əgər klubum da istəyərsə, sözləşməm bitənə qədər burada çıxış tmək istəyirəm. "Qalatasaray"a minnətdaram. Çünki mənim yenidən yüksək səviyyədə oynamağıma şərait yaratdı. Burada xoşbəxtəm. Gələcəkdə nələrin olacağı barədə danışmaq isə çox tezdi".
Shares: