"Atletiko" (Madrid) klubu qapıçı axtarışlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi müqavilə ilə "Liverpul"a məxsus olan hazırda isə icarə əsasında "Napoli"də çıxış edən Pepe Reynanı transfer etməyi planlaşdırır.
 
"Atletiko"nun hazırki qolkiperi Tibo Kurtuanın gələcək taleyi hələlik məlum deyil. Belə ki, transfer hüququ "Çelsi"yə məxsus olan Kurtuanı “Zadəganlar”ın geri çağırma ehtimalı var.  Onun komandada qalıb-qalmayacağına fevralda aydınlıq gələcək. Bu səbəbdən "Atletiko" gələn ay Reyna ilə münasibətlərini rəsmiləşdirmək niyyətindədi.
 
Qeyd edək ki, "Barselona" klubu da mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Viktor Valdesin əvəzləyicisi kimi Reynanı görür.
Shares: