Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan yığması Türkiyədə təlim-məşq toplanışındadı. Futbolinfo.az xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi komandamız toplanış çərçivəsində ötən gecə sınaq matçı keçirib.
Yığmamızın rəqibi Türkiyə yığması olub. "Kurtköy Kapalı Spor Salonu"nda baş tutan oyun millimizin qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin 1 dəfə fərqləndiyi oyunda yığmamızın üzvləri 4 topla qalib gəliblər.
Qeyd edək ki, Azərbaycan yığması Türkiyə ilə sabah daha bir sınaq görüşündə üz-üzə gələcək.





