"Arsenal" klubunun əfsanəvi futbolçularından olan Patrik Vieyra sabiq komandasının hazırki durumundan danışıb. Futbolinfo.az xəbər verir ki, Vieyra "Arsenal"ın hazırda premyer-liqada lider olmasına baxmayaraq, komandada çatışmamazlıqların olduğunu bildirib:
 
"Arsenal" bu mövsümkü fantastik oyunu ilə bizləri sevindirir. Lakin bununla da, komandada çatışmamazlıqlar hiss olunur. Xüsusilə komandanı çətin vəziyyətdən çıxara biləcək liderin olmamağı nəzərə çarpır. Yəni, komandada lider çatışmır. Yanvarda "Arsenal" müəyyən transferlər həyata keçirməli olacaq".
 
Qeyd edək ki, Vieyra 1996-2005-ci illərdə "Arsenal"ın şərəfini qoruyub.
Shares: