"Bavariya"nın aparıcı üzvü Frank Riberi daha bir mükafata sahib çıxıb. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi vətəni Fransada 2013-ci ilin ən yaxşı futbolçusu seçilib. "Yuventus"dan Pol Poqba ikinci, PSJ-dən Blez Matyudi üçüncü olub.
 
İlin ən yaxşı baş məşqçisi adına isə "Lill"in çalışdırıcısı Rudi Qarsiya, ən yaxşı əcnəbi futbolçu adına isə  PSJ-nin hücumçusu Zlatan İbrahimoviç layiq görülüb.
 
Qeyd edək ki, F.Riberi bu il Avropada da mövsümün ən yaxşı futbolçusu seçilib.
Shares: