"Bavariya"nın Çempionlar Liqasında 10 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub.
Futbolinfo.az xəbər verir ki, dünən ÇL-in qrup mərhələsində "Mançester Siti" ilə oyunda Münhen təmsilçisi 2:0 hesabı ilə öndə olsa da, bu üstünlüyünü son qədər qoruya bilməyib. Yekun hesabda 2:3 hesabı ilə məğlub olan “pivəçilər” bununla da 10 matçlıq rekordunu yenilə bilməyib.
 
"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi də bu hesab qarşısında şok olduğunu gizlətməyib: “2:0-dan sonra meydanda nə baş verdiyini anlamadım. Oyunun tempini əlimizdə saxlaya bilmədik və nəticədə 2:3 hesabı ilə uduzduq. Bununla belə, əsas qrupu lider kimi başa vurmaq idi ki, bunu da bacardıq".
 
Qeyd edək ki, "Bavariya" dünən "Mançester Siti"yə 2:3 hesabı ilə məğlub olsa da, qrupu lider kimi tamamlayıb.
 
"Bavariya" son oyunda uduzmasına baxmayaraq, D qrupunu lider olaraq tamamlayıb.
Shares: