Çempionlar Liqasında qrup mərhələsinin son turunda səfərdə "Viktoriya"ya 2:1 hesabı ilə uduzan ÇSKA-nın qapıçısı İqor Akinfeyev qitənin ən nüfuzlu klub turnirində antirekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, Moskva təmsilçisinin çərçivə qoruyucusu Çempionlar Liqasında meydana çıxdığı ardıcıl 21 matçda qapısından qol buraxıb.
 
Bununla da o, PSV-nin keçmiş qapıçısı Ronald Vaterresinin antirekordunu qırıb.
Shares: