"Qarabağ" məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın sonuncu turunda "Neftçi"ni məğlub edərək liderliyini geri alan Ağdam klubu bir günlük istirahətdən sonra "Bakı" matçının hazırlıqlarına start verib.
"Qarabağ" bu oyunda meydana tam heyətlə çıxa bilməyəcək. Kapitan Rəşad Sadıqovla Reynaldo Silva sarı vərəqə limitini doldurduqlarına görə matçı buraxacaq. Admir Teli və Riçard Almeyda zədə səbəbindən kənarda qalacaq. "Neftçi"ylə oyunda zədə səbəbindən əvəzlənən Maksim Medvedevlə yanaşı Vüqar Nadirovun da zədə problemi var. Onların durumuna oyun günü aydınlıq gələcək. (klub saytı)





