Premyer Liqada işləri heç də yaxşı getməyən "Sumqayıt"da klubdaxili iclas keçirilib. Bu barədə futbolinfo.az saytına Sumqayıt klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
 
Məmmədov iclasda futbolçular və məşqçilər korpusunun iştirak etdiyini bildirib. Bundan başqa klub rəsmisi bir saatdan artıq davam edən iclasda bəzi qərarların qəbul edildiyini söyləyib:
 
"İclasda müəyyən qərarlar qəbul olundu. Bu qərarlardan birincisi Topaz Premyer Liqasının 16-cı turunda "Sumqayıt " – "Bakı" oyununda baş verənlərlə bağlı analizlərin aparılmasıdı. Analizin nəticəsindən asılı olaraq, növbəti 24 saat ərzində apelyasiya şikayəti verib-verilməməsi müəyyən olunacaq. Bundan başqa 15-ci turda "Neftçi" ilə qarşılaşmada hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alan Samir Abbasov və son turda eyni hərəkəti edən Ruslan Qurbanov klub daxili nizamnaməyə əsasən cərimələnib. Məşqçilər korpusuna daxili nizam-intizamın yaxşılaşdırılması barədə göstəriş verilib və bu hərəkətlərin təkrar olunmaması tapşırılıb".
 
Qeyd edək ki, klub rəhbərliyi dünən də iclas keçirib. Lakin dünənki iclasda rəhbərlik və məşqçilər korpusu iştirak edib.
Shares: