“Tottenhem”in yarımmüdafiəçisi Erik Lamela karyerasını İspaniyada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, Argentina millisinin 21 yaşlı futbolçusu “Atletiko”nun maraq dairəsinə düşüb.
 
Madrid klubu Lamelanı mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Artıq tərəflər arasında danışıqlara start verilib.
 
Qeyd edək ki, Lamela yayda İtaliyanın "Roma" klubundan 30 milyon funt müqabilində “Tottenhem”ə keçib.
Shares: