Rusiyanın "Rubin" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək son oyununa – Belçika "Sulte-Varegem"i ilə qarşılaşmaya hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, hazırlıqlarda futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov da yaxından iştirak edir.
Qeyd edək ki, Kazan klubu artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Bu üzdən baş məşqçi Kurban Berdıyevin bu oyunda Ruslana da şans verməsi istisna olunmur. Futbolçumuzun start heyətdə meydana çıxması gözlənilir.
"Sulte-Varegem" – "Rubin" matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.





