İtaliyanın “Fiorentina” klubunun hücumçusu Mario Qomes 2013-cü ilin sonunadək meydana çıxa bilməyəcək. Futbolinfo.az xəbər verir ki, həkimlər Qomesin tam sağaldığını bildirib.
Lakin onlar ehtiyat məqsədi ilə forvardın yanvaradək meydana çıxmasına qadağa qoyub.
Qeyd edək ki, dizindən zədələnən Marionun yanvarın 5-də “Livorno” ilə oyunda meydana qayıdacağı gözlənilir.





