“Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirən “Qəbələ”də itki var. Belə ki, komandanın braziliyalı qapıçısı Dieqo Koşta dizindən zədələnib.
Bu barədə futbolinfo.az saytına qolkiperin özü məlumat verib: “Hazırda dizimdə ağrılar hiss edirəm. Xəstəxanada testlərdən keçirəm. Yalnız bundan sonra durumumun nə yerdə olduğu bəlli olacaq. “Neftçi” ilə də oyunu buraxa bilərəm”.
Qeyd edək ki, Koştanın yoxluğunda "Qəbələ"nin qapısını son oyunlarda David Petrkeviç qoruyur.





