Bu gün Lənkəranda “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən qalamaqalda günahlandırılaraq həbs olunan azarkeşlərin məhkəməsi baş tutub. Futbolinfo.az xəbər verir ki, açıq keçən məhkəmə prosesində şahid qismində daxili qoşunların əsgərləri dindirilib.
 
Hərbiçilər azarkeşlərin belə davranmasını normal sayıblar və onlara qarşı heç bir iradlarının olmadıqlarını bildiriblər.
 
Daha sonra “Xəzər Lənkəran” stadionun direktoru Höccət Hacıyev də məhkəmədə çıxış edib. Klub rəsmisi bunları deyib: “Belə hallar hər bir ölkədə baş verir. Əzəli rəqiblər arasında qalmaqal normaldı. Buna görə də azarkeşləri həbs etmək düzgün deyil”.
 
Cəmi 15 dəqiqə çəkən məhkəmə prosesi öz işini dekabr ayının 25-də, saat 10:00-da davam etdirəcək.
Shares: