“Xəzər Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Deyvid Sakkoninin futbolinfo.az saytına müsahibəsi
 
– “İnter”lə oyunu kənardan izlədin. Komandanın oyunundan razı qaldınmı?
– Komandamın daha yaxşı oynadığını deyə bilərəm. Yeni baş məşqçimiz Mustafa Dənizli “İnter”in oyun tərzinə uyğun taktika seçmişdi. Demək olar ki, rəqibimizə meydanda oynamaq və öz oyununu göstərmək şansı vermədik. Onların cəmi bir real qol vəziyyəti oldu ki, orda da Orxan Sadıqlı yaxşı oynadı. Bizim komanda daha çox topa sahib idi. Üstün tərəf olduq, qol vəziyyətləri yaratdıq, amma qol vura bilmədik. Komanda olaraq dəyişiklik hiss olunur.
 
– Yeni baş məşqçi “Xəzər Lənkəran”da nələri dəyişdirib?
– Dəyişiklik artıq hiss olunur. Baxmayaraq ki, yeni məşqçimizin ilk oyunu birinci divizion təmsilçisinə qarşı oldu. Biz böyükhesablı qələbə qazandıq. Rəqibin kim olmağından asılı olmayaraq, meydana çıxıb yaxşı oyun nümayiş etdirməli idik. Həmin görüşdə də bunu etdik. “İnter”lə oyunda da yaxşı təsir bağışladıq. Bir neçə xırda detallar çatmadı ki, rəqibə qol vuraq. Əgər biz belə davam etsək, qələbələr özü gələcək.
 
– Baş məşqçi “İnter”lə oyunda sənə niyə şans vermədi?
– Bu, baş məşqçinin işidi. O, rəqibə uyğun olan heyəti meydana buraxmışdı. Bizim heyətdə hamını əvəzləyəcək futbolçular çoxdu. Həm də baş məşqçi sistemi dəyişmişdi. Yəqin ki, bu sistemdə mənim meydana çıxmağım lazımsız idi. Ona görə də, meydana çıxmadım.
 
– “Xəzər Lənkəran”a gəldiyin ilk günlərdə yaxşı oyun nümayiş etdirirdin. Son oyunlarda isə meydana çıxmırdın. Con Toşak səbəb kimi Nildonun zədəli olmasını və onunla daha yaxşı anlaşdığın üçün səni meydana buraxmadığını bildirmişdi…
– Bu fikirlərlə razı deyiləm. Mən hansısa futbolçudan asılı oyunçu deyiləm. Nildonun oynamamsının mənə nə aidiyyatı var? İstənilən halda meydana çıxsam, öz oyunumu sərgiləyirəm. Heyətdə hansı futbolçuların olmasının mənim üçün önəmi yoxdu. Mən komandam üçün bacarıdğımın ən yaxşısını edirəm.
 
– Qarşıda “Rəvan”la oyun var. Uzun müddətdən sonra qələbə qazana biləcəksizmi?
– Doğma meydanda oynayacağıq. Azarkeşlərimiz neçə oyundu ki, üzülürlər. Artıq onlara qələbə sevinci bəxş etməliyik. Buna görə də “Rəvan”a qalib gəlməliyik. Həmçinin Premyer Liqada vəziyyətimiz yaxşı deyil. Bizim xallara olduqca çox ehtiyacımız var.
 
ELSEVƏR
Shares: