Almaniyanın "Bavariya" klubu  daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytında bu haqda məlumat yerləşdirilib. Söhbət Jerom Boatenqdən gedir.
 
“Pivəçilər” 2016-ci ildə başa çatan sözləşmənin müddətini 2018-ci ilin yayına qədər uzadıb. Alman müdafiəçi komandada daha çox qalacağı üçün qürur hiss keçirdiyini deyib.
 
Məlumatınız olsun ki, Boatenq 2011-ci ildə "Mançester Siti"dən 14 milyon avroya "Bavariya"ya transfer olunub. O, indiyə kimi 106 rəsmi matçda iştirak edib.
Shares: