"Fənərbaxça"nın sabiq baş məşqçisi Aykut Kocaman Marsel “Olimpik”ini çalışdıra bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Belə ki, klub həm Çempionlar Liqasında, həm də ölkə çempionatında uğursuz çıxış etdiyi üçün rəhbərlik hazırkı baş məşqçi ilə yolları ayırmaq planlaşdırır. Marsel təmsilçisinin əcnəbi çalışdırıcı kimi ilk olaraq Kocamanı düşündüyü iddia edilir.
Qeyd edək ki, "Olimpik" bu mövsüm Çempionlar Liqasını sıfır xalla başa vurub.





