Azərbaycan 1-ci divizonunun 14-cü turu çərçivəsində sabah keçirilməli olan "Energetik" – "Karvan" oyunu baş tutmaya bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb hava şəraitidi.
Oyunun keçiriləcəyi Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu qarla örtülüb. Bu barədə saytımıza açıqlamasında "Energetik"in vitse-prezidenti Elbrus İsmayılov məlumat verib:
"Stadionumuz qarla örtülüb. Belə getsə, burada oynamaq mümkün olmayacaq. Biz tədbir görürük, ancaq qarın dayanmaması işimizi çətinləşdirir. Bu barədə PFL-ə məlumat vermişik. Bizə oyunun hakiminin və inspektorun sabah buraya gələrək vəziyyətlə tanış olacağı bildirilib. Lazım gələrsə, oyun təxirə salınacaq".





