Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"u məğlub edən "Qalatasaray" klubu 1/8 finala çıxmaqla yanaşı, büdcəsini də zənginləşdirib. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Uesli Sneyderin vurduğu qolla düz 4.5 milyon avro qazanıb.
UEFA bu məbləğin 3.5 milyon avrosunu klubun növbəti mərhələyə çıxması, 1 milyonunu isə qələbəyə görə verib.
Qeyd edək ki, "Cim Bom"un prezidenti Ünal Aysal da komandanı qələbə qazandığı üçün 1 milyon avro ilə mükafatlandırıb.





