Mövsümün əvvəlində İngiltərənin “Çelsi” klubu "Mançester Yunayted"in qolçusu Ueyn Runini transfer etmək üçün çox çalışsa da, qarşı tərəf buna imkan verməmişdi. Amma görünür “zadəganlar”ın Runi eşqi hələ də sönməyib.
 
Futbolinfo.az xəbər verir ki, London təmsilçisi gələn ay yenidən Ueynə təklif göndərməyi planlaşdılrır. Xüsusilə də baş məşqçi Joze Mourinyo ingilis qolçunun keçidində maraqlıdı.
 
Qeyd edək ki, Runi 2004-cü ildən "Mançester Yunayted"in şərəfini qoruyur.
Shares: