Fransa futbolunun məşhur siması Tyeri Anri keçmiş klubu “Arsenal”ın son dövrlərdəki inamlı çıxışını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, hazırda ABŞ-ın “Red Buls” komandasında top qovan 35 yaşlı forvard “topçular”ın yarımmüdafiəçisi Məsut Özil haqda xoş sözlər deyib:
 
“Özillə bir komandada oynamaq istəyərdim. O mənə Rober Piresi xatırladır. Topla istədiyi kimi oynayır. Bir orta xətt oyunçusunda görmək istədiyiniz hər şey onda var. Hələ gəncdi, qarşıda daha yaxşı oyun sərgiləyəcəyinə inanıram".
 
Anri bu ilki "Qızıl Top" mükafatı barədə də fikirlərini bildirib: "Riberi qol vurmaqdan çox ötürmə verməyi üstün tutur. Bu səbəbdən hər kəs onunla oynamaq istəyir. Ronaldonun daha çox futboldan kənar hərəkətləri müzakirə olunur. Artıq buna son qoyulmalı və onun statistikalarına diqqət yetirmək lazımdı. Messiyə gəldikdə isə o hər oyunda oynamaq və qalib gəlmək istəyir. Bu tip futbolçuları kobudluqla dayandırmaq olmaz. Topu rəqibdən alır, rahatlayana qədər yenidən qol vurmaq üçün çalışır və nəticədə siz oyunu uduzarsunuz. Həyatımda belə oyunçu görməmişəm”.
Shares: