Çempionlar Liqası tarixində ilk dəfə Almaniya klubları rekord qırıb. Futbolinfo.az xəbər verir ki, ölkənin 4 klubu tarixində ilk dəfə turnirin 1/8 finalına vəsiqə qazanıb.
Dortmund “Borussiya”sı ilə “Bavariya” qrup liderləri kimi mərhələ adlayıblar. “Şalke” və “Bayer” isə qrup ikincisi olaraq, pley-offa çıxıb. İngiltərə də növbəti mərhələdə 4 klubla təmsil olunacaq. Onlardan “Mançester Yunayted”lə “Çelsi” qrup liderləri, “Mançester Siti” ilə “Arsenal” isə qrup ikinciləridi. Növbəti mərhələyə yüksələn qalan 8 komandadan 3-ü İspaniyanı təmsil edir. Fransa, Türkiyə, Yunanıstan, İtaliya və Rusiya isə hərəyə bir təmsilçi ilə yer alır.
Püşkatma mərasimi dekabrın 16-da olacaq.





