UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər ki, ötən gecə bütün qruplarda son oyunlar keçirilib.
 
Azərbaycanlı azarkeşlərin də izlədiyi "Trabzonspor" səfərdə "Latsio" ilə qarşılaşıb. J qrupunda keçirilən matç zamanı qapılara qol vurulmayıb. İtaliya təmsilçisi ilə bir xala razılaşan "bordo-mavilər" xal hesabını 14-ə çatdıraraq qrup lideri kimi növbət mərhələyə vəsiqə qazanıb.
 
D qrupunda Millimizin şərəfini qoruyan Ruslan Abışovun komandası da növbəti oyununu keçirib. "Zulte-Varegen"lə qarşılaşan "Rubin" səfərdən 3 xalla dönüb. Kazan təmsilçisi rəqib qapısından 2 top keçirməyi bacarıb. Abışov isə 45 dəqiqə meydanda top qovub.
 
Digər Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Xəzər Lənkəran"ı keçərək qrup mərhələsinə vəsiqə qazanan "Ayntraxt" və İsrail "Makkabi"si son oyunda qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. Almaniya klubu qrup mərhələsini 15 xalla birinci, İsrail klubu isə 11 xalla 2-ci pillədə başa vurub.
 
Avropa Liqası
Qrup mərhələsi
12 dekabr
 
A qrupu
 
Sent-Qallen (İsveçrə) – Suonsi (İngiltərə) – 1:0
Qol: Matiş, 80.
 
Valensiya (İspaniya) – Kuban (Rusiya) – 1:1
Qollar: Fransisko, 67 – Lorenzo, 84.
 
1 Valensiya 6 4 1 1 12 7 +5 13
2 Suonsi Siti 6 2 2 2 6 4 +2 8
3 Kuban  6 1 3 2 7 7 0 6
4 Sent.Qallen 6 2 0 4 6 13 –7 6
 
B qrupu
 
Dinamo (Xorvatiya) – Ludoqorets (Bolqarıstan) – 1:2
Qollar: Kop, 45 – Abalo, 28. Bezyak, 72.
 
PSV (Hollandiya) – Çernomorets (Ukrayna) – 0:1
Qol: Djedje, 59.
 
1 Ludoqorets  6 5 1 0 11 2 +9 16
2 Çernomorets 6 3 1 2 6 6 0 10
3 PSV  6 2 1 3 4 5 –1 7
4 Dinamo Z 6 0 1 5 3 11 –8 1
 
C qrupu
 
Zalsburq (Avstriya) – Esbyerq (Danimarka) – 3:0
Qollar: Mane, 19; 63. Kampl, 58.
 
Standard (Belçika) – Elfsborq (İsveç) – 1:3
Qollar: Mbombo,  31 – Nilsson, 41; 46. Bekmann, 52.
 
1 Zalsburq 6 6 0 0 15 3 +12 18
2 Esbyerq 6 4 0 2 8 8 0 12
3 Elfsborq 6 1 1 4 5 10 –5 4
4 Standard  6 0 1 5 6 13 –7 1
 
D qrupu
 
Sulte-Varegem (Belçika) – Rubin (Rusiya) – 0:2
Qollar: Natxo, 79-pen, Rondon, 85.
 
Maribor (Sloveniya) – Viqan (İngiltərə) – 2:1
Qollar: Mezqa, 43. Flipoviç, 59 –  Qomez, 4-pen.
 
1 Rubin  6 4 2 0 14 4 +10 14
2 Maribor 6 2 1 3 9 12 –3 7
3 Sulte-Varegem 6 2 1 3 4 10 –6 7
4 Viqan  6 1 2 3 6 7 –1 5
 
E qrupu
 
Fiorentina (İtaliya) – Dnepr (Ukrayna) – 2:1
Qollar: Xoakin, 42, Kuadrado, 77 – Konoplyanka, 13.
 
Panduri (Rumıniya) – Pakuş Ferreyra (Portuqaliya) – 0:0
 
1 Fiorentina 6 5 1 0 12 3 +9 16
2 Dnepr 6 4 0 2 11 5 +6 12
3 P.Ferreyra 6 0 3 3 1 8 –7 3
4 Pandurii 6 0 2 4 3 11 –8 2
 
F qrupu
 
Ayntraxt (Frankfurt, Almaniya) – APOEL (Kipr) – 2:0
Qollar: Şrok, 68; 77.
 
Makkabi (Təl-Əviv, İsrail) – Bordo (Fransa) – 1:0
Qol: Zahavi, 74-pen.
 
1 Ayntraxt 6 5 0 1 13 4 +9 15
2 Makkabi T 6 3 2 1 7 5 +2 11
3 APOEL  6 1 2 3 3 8 –5 5
4 Bordo 6 1 0 5 4 10 –6 3
 
G qrupu
 
Dinamo (Kiyev, Ukrayna) – Rapid (Avstriya) – 3:1
Qollar: Lens, 22. Qusev, 28. Veloso, 70 – Boyd, 6.
 
Tyun (İsveçrə) – Genk (Belçika) – 0:1
Qol: Vossen, 21.
 
1 Genk 6 4 2 0 10 5 +5 14
2 Dinamo K 6 3 1 2 11 7 +4 10
3 Rapid  6 1 3 2 8 10 –2 6
4 Tyun 6 1 0 5 3 10 –7 3
 
H qrupu
 
Frayburq (Almaniya) – Sevilya (İspaniya) – 0:2
Qollar: Visente, 40. Rusesku, 90.
 
Eştoril (Portuqaliya) – Slovan (Çexiya) – 1:2
Qollar: Seba, 82 – Sural, 18. Rabusiç, 70.
 
1 Sevilya 6 3 3 0 9 4 +5 12
2 Liberets 6 2 3 1 9 8 +1 9
3 Frayburq 6 1 3 2 5 8 –3 6
4 Eştoril 6 0 3 3 5 8 –3 3
I qrupu
 
Betis (İspaniya) – Riyeka (Xorvatiya) – 0:0
 
Gimaraynş (Portuqaliya) – Lion (Fransa) – 1:2
Qollar: Tomane, 11 – Qomis, 62-pen. Ferri, 65.
 
1 O. Lion 6 3 3 0 6 3 +3 12
2 Betis 6 2 3 1 3 2 +1 9
3 Gimaraynş 6 1 2 3 6 5 +1 5
4 Riyeka 6 0 4 2 2 7 –5 4
 
J qrupu
 
Apollon (Kipr) – Legiya (Polşa) – 0:2
Qollar: Yodlovieç, 8, Brzuski, 63.
 
Latsio (İtaliya) – Trabzonspor (Türkiyə) – 0:0
 
1 Trabzonspor 6 4 2 0 13 6 +7 14
2 Latsio 6 3 3 0 8 4 +4 12
3 Apollon  6 1 1 4 5 10 –5 4
4 Legiya  6 1 0 5 2 8 –6 3
K qrupu
 
Şerif (Moldova) – Tromse (Norveç) – 2:0
Qollar: Kadu, 4. İsa, 36.
 
Tottenhem (İngiltərə) – Anji (Rusiya) – 4:1
Qollar: Soldado, 7; 16, Holtbi, 54, Soldado, 70-pen – Everton, 44.
 
1 Tottenhem  6 6 0 0 15 2 +13 18
2 Anji 6 2 2 2 4 7 –3 8
3 Şeriff 6 1 3 2 5 6 –1 6
4 Tromse 6 0 1 5 1 10 –9 1
 
L qrupu
 
PAOK (Yunanıstan) – Alkmaar (Hollandiya) – 2:2
Qollar: Lukas, 37-pen, Qorter, 71-pen – Lam, 31, Pozoqlou, 90.
 
Makkabi (Hayfa, İsrail) – Şaxtyor (Qazaxıstan) – 2:1
Qollar: Qozlan, 76, Abuhazira, 84 – Kanas, 44-pen.
 
1 Alkmaar 6 3 3 0 8 4 +4 12
2 PAOK  6 3 3 0 10 6 +4 12
3 Makkabi H 6 1 2 3 6 9 –3 5
4 Şaxtyor K 6 0 2 4 5 10 –5 2
Shares: