Futzal üzrə UEFA Kubokunun "Dördlər finalı"nın Bakıda təşkil olunacağını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq həmin görüşlərin keçiriləcəyi tarix və məkan da müəyyənləşib.
Belə ki, "Dördlər finalı" 2014-cü il aprelin 25-27-də “Sərhədçi” İdman Kompleksində keçiriləcək. Mini-yarışda Azərbaycan çempionu “Araz”kla yanaşı "Barselona" (İspaniya), “Kayrat” (Qazaxıstan) və “Dinamo” (Moskva, Rusiya) iştirak edəcək.





