"Barselona" klubunun David Luiz sevdası bitib tükənmək bilmir. İspaniya təmsilçisi "Çelsi"nin müdafiəçisi üçün bir neçə dəfə “yox” cavabı alsa da, braziliyalının transferində israrlıdı.
Futbolinfo.az xəbər verir ki, katalonlar “sambaçı”nın keçidi üçün yenidən "Çelsi"yə müraciət edib. "Barselona" təcrübəli müdafiəçinin transferi üçün qarşı tərəfə 35 milyon avro təklif göndərib.
Qeyd edək ki, bu keçid yanvarda reallaşarsa, UEFA qaydalarına əsasən, David Çempionlar Liqasında “Barsa”ya kömək edə bilməyəcək. Luiz 2011-ci ildə "Benfika"dan "Çelsi"yə transfer olunmuşdu.





