"Monako" klubunun hücumçusu Radamel Falkao qış “transfer pəncərəsi”ndə komandadan ayrılacaq. Bir müddətdi ki, onun burada xoşbəxt olmadığına dair xəbərlər çoxdan yayılmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, Fransa mətbuatı kolumbiyalının Fransada özünü yaxşı hiss etmədiyini bir daha gündəmə gətirib.
Təcrübəli futbolçunun transferini ən çox istəyən klub "Çelsi"di. Hücumçu axtarışlarını davam etdirən Joze Mourinyo Falkaonu komandasında görmək istəyir. Lakin "Monako" rəhbərliyi 27 yaşlı futbolçunun təzminat qiymətinin 100 milyon avro olduğunu açıqlayıb. Bununla belə, "Çelsi" klubunun sahibi Roman Abramoviçin "Monako"nun prezidenti ilə dostluq əlaqələrindən istifadə edərək bu keçidi reallaşdırmağı planlaşdırır.





