London "Arsenal"ının baş məşqçisi Arsen Venger Premyer Liqanın cari turunda qarşılaşacaqları "Mançester Siti" ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, təcürbəli mütəxəssis rəqib komandanın futbolçularına həsəd aparmadığını bildirib:
 
"Mançester Siti" çox güclü komandadı, bunu inkar edə bilmərəm. Ancaq "Arsenal"ın heyətinə baxarkən rəqibə həsəd aparmıram. Çünki komandamda yaradıcı futbolçular daha çoxdu. "Arsenal" hazırda universal komandadı. Peleqrini ilə müqayisədə mənə əsas heyəti müəyyənləşdirmək daha asandı".
 
"Mançester Siti" – "Arsenal" matçı sabah keçiriləcək.
Shares: