Dünyanın ən yaxşı futbolçusu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, tanınmış "World Soccer" nəşri planetin ən yaxşısının adını açıqlayıb.
Böyük Britaniya jurnalının mütəxəssislər və KİV nümayəndələri arasında apardığı sorğunun nəticələrinə əsasən, “Real”ın hücumçusu Kriştianu Ronaldo dünyanın ən yaxşısı olub. Portuqaliyalı futbolçu 1075 xal toplayıb. 2-ci yeri tutan argentinalı Lionel Messi Ronaldodan 149 xal az yığıb. 3-cü yerə layiq görülən fransalı Frank Riberi səslərin 870-ni toplayıb.
Qeyd edək ki, bu üç futbolçu “Qızıl Top” mükafatına da namizəddirlər.





