“Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyderin Çempionlar Liqasında qrup mərhələsinin son tur oyununda “Yuventus”un qapısına vurduğu qoldan sonra ortaya çıxan göstərici hamını təəccübləndirib. Futbolinfo.az xəbər verir ki, oyunun yeganə qolunu aktivinə yazdırmaqla "Qalasataray"ı Çempionlar Liqasında növbəti mərhələyə yüksəldən Sneyderin uğuru maraqlı bir təsadüfə səbəb olub.
 
Belə ki, holland yarımmüdafiəçi 10 nömrəli forması ilə 11.12.13 tarixində saat 14:15-də (London saatına görə) "Cim-Bom"u son 16 klub arasına yüksəldib və bu onun Çempionlar Liqasındakı 17-ci qolu olub.
Shares: