UEFA prezidenti Mişel Platini “Qızıl Top”a əsas namizəd olan futbolçular haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, qurum rəhbəri mətbuata açıqlamasında bunları dilə gətirib:
 
"Messi və Ronaldo möcüzəvi futbolçulardı, Riberi də ötən mövsüm böyük kuboklar qazanıb. Ən yaxşı olan qazanacaq, mənim favoritim yoxdu. Hər zaman dediyim kimi, iki mükəmməl futbolçu var – Messi və Ronaldo. Bir-birindən tamamilə ayrı iki xarakter, amma iki möhtəşəm futbolçu".
 
“Qızıl Top”un qalibi 2014-cü il yanvarın 13-də İsveçrənin Sürix şəhərində elan ediləcək.
Shares: