Tanınmış məşqçi Quus Hiddink Hollandiya yığmasını çalışdıra bilər. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin 2014-cü il dünya çempionatından sonra Hollandiya millisinin başına keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Hiddinklə 2018-ci ilə qədər müqavilə imzalanacaq. Lakin Avro-2016-dan sonra 67 yaşlı mütəxəssis baş məşqçi vəzifəsindən istefa verəcək. Bununla belə, Hiddink millidəki işini davam etdirəcək. Belə ki, yığmanın idman strukturunda yer alacaq Quusun hələlik hansı vəzifəyə təyin olunacağı dəqiqləşməyib.
Qeyd edək ki, Hiddinkin sonuncu iş yeri Rusiyanın "Anji" klubu olub.





