"Çelsi"nin baş məşqçisi Joze Mourinyo son vaxtlar David Luizin “Barselona”ya transfer olunacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, braziliyalı oyunçunun qışda klubu tərk etməyəcəyini deyib:
 
"Hər şey çox aydındı. David bizim futbolçumuzdu və burada xoşbəxtdi. Ona ehtiyacımız var. Bu səbəbdən Luizi satmayacağıq".
 
Qeyd edək ki, “Barsa”nın müdafiəçiyə görə, 35 milyon avro təklif etdiyi bildirilirdi.
Shares: