Cari mövsüm bundesliqada məğlubiyyət acısı dadmayan "Bavariya"da buna baxmayaraq baş məşqçi Xosep Qvardiola komandasının çıxışından o qədər də razı deyil. Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis Almaniya mətbuatına açıqlamasında Avropanın ən yaxşı komandası olmadıqlarını deyib:
 
"Çox şey üzərində işləməyəliyik. Avropanın ən yaxşı komandası biz deyilik. Ötən mövsüm baş məşqçi Yupp Haynkeslə Münhen təmsilçisi çox böyük uğurlar əldə etdi. Biz isə bu mövsüm tərifə səbəb olan bir şey etməmişik. Daha da yaxşı olmalıyıq".
Shares: