İngiltərənin "Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, söhbət komandanın bir nömrəli qolçusu Robin van Persidən gedir. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bu barədə klubun baş məşqçisi David Moyes açıqlamasında deyib: "Persi Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor"la (Donetsk) matçda künc zərbəsini yerinə yetirərkən zədələnib. Buna görə də bir ay forma geyə bilməyəcək".
Qeyd edək ki, van Persi bu mövsüm 10 qol vurub.





