Müdafiə xəttini gücləndirmək istəyən Türkiyənin "Beşiktaş" klubu təcrübəli legioner axtarışına çıxıb. Futbolinfo.az xəbər verir ki, bu məqsədlə uzun müddətdi "Mançester Siti"li Joleon Leskot üçün danışıqlar aparan İstanbul təmsilçisi transferdə sona yaxınlaşıb.
 
31 yaşlı müdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatacaq. "Başiktaş" isə Leskotu qış “transfer pəncərəsi”ndə pul ödəmədən heyətinə qatmağı planlaşdırır.
 
"Mançester Siti" ilə danışıqların uğurla davam etdiyi, təcrübəli futbolçunun da İstanbula gəlməyə müsbət baxdığı bildirilir.
Shares: