Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matçdakı qələbədən sonra sonra "Qalatasaray"ın iki futbolçusu – Burak Yılmazla Səlcuk İnan bunu qeyd etmək üçün İstanbuldakı gecə klublarından birinə gediblər.
 
Futbolinfo.az xəbər verir ki, onlar klubdan çıxarkən jurnalistlər də orada olublar. Bu zaman futbolçuların fotolarının çəkilməsinə mane olan müğənni Ərkan Özkayayla jurnalistlər arasında dava düşüb. Bir jurnalist fiziki xəsarət alıb. Daha sonra ətrafdakılar tərəfləri sakitləşdirə biliblər və Özkaya jurnalistlərdən üzr istəyib.
Shares: