Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari DÇ-2014-lə bağlı maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan təcrübəli mütəxəssis mundialdan qalib olmaqdan başqa şanslarının olmadığını bildirib:
“Öz evimizdə keçiriləcək turnirdə qazanmaqdan başqa şansımız yoxdu. Bunu dilə gətirməkdən çəkinmirəm, çünki bu mesajımı futbolçularımın anlamasını istəyirəm. Braziliya Dünya kubokunu qazanacaq. Hələ ki, heyətlə bağlı qərar verə bilməmişəm. Bəzi şübhələrim var. Qarşıda altı ay vaxtımız var və bu məsələni həll edə bilərik”.
Qeyd edək ki, DÇ-2014-ün final mərhələsində A qrupunda Braziliya ilə yanaşı, Xorvatiya, Meksika və Kamerun yığmaları yer alır.





