"Xəzər Lənkəran"ın vingeri Eduard Oriol cənub təmsilçisinin heyətində çox nadir hallarda meydana çıxmasının səbəbləri barədə danışıb. Futbolinfo.az saytına müsahibəsində ispanyalı legioner bunları söyləyib:
"Niyə oynamıram? Bunun səbəbi mənə də məlum deyil. Özümü hazır hiss edirəm. Mən elə yaşdayam ki, oynamalıyam. Normalda bütün futbolçular oynamaq istəyir. Mən də elə. Amma oynamıram. Bəzi oyunlara sonradan daxil oluram. Klubda qalıb-qalmayacağım haqqında hələ heç nə deyə bilmərəm. Lənkəranı sevirəm. Oynamağı da çox istəyirəm".
Shares: