Bu gün Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "İnter" – "Sumqayıt" matçını izləyənlər arasında bir neçə diqqətçəkən simaya da rast gəlmək olardı. Futbolinfo.az xəbər verir ki, bunlardan biri "Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədov idi.
Türkiyənin "Kahramanmaraşspor" klubundan ayrılandan sonra işsiz qalan hücumçu Fərid Quliyev də "Şəfa" stadionundaydı.
Bu qarşılaşmanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da izləyirdi. Ağdam klubunun çalışdırıcısının "Şəfa"ya gəlişi səbəbsiz deyildi. Çünki növbəti turda "Qarabağ"ı "İnter"lə qarşılaşma gözləyir. Bu üzdən Qurbanov növbəti rəqibi iş başında görüb, analiz etməyə çalışıb.





