Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti qış “transfer pəncərəsi”ndəki hədəfləri ilə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, o, bu müddətdə “Monako”nun hücumçusu Radamel Falkaonu transfer etməyəcəklərini deyib.
İtalyan mütəxəssis komandasının hücum xəttindən razı olduğunu deyib: “Falkao əla futbolçudu. Amma biz hücumçularımızın çıxışından çox razıyıq. Komandamız çoxlu qollar vurur. Hesab edirəm ki, Falkaoya ehtiyacımız yoxdu”.
Qeyd edək ki, bu yay “Atletiko”dan (Madrid) “Monako”ya keçən 27 yaşlı forvardın “Real”a keçəcəyi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.





