Bu gün Topaz Premyer Liqasının 17-ci turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, turun son günündə 3 qarşılaşma baş tutacaq.
 
Günün ilk qarşılaşması paytaxda baş tutacaq. "Bakı" doğma divarlar arasında lider "Qarabağ"ı qəbul edəcək. Bakı təmsilçisi ev oyunundan qələbə ilə ayrılarsa, 4-cü pillədə yerləşən "İnter"lə xallarını bərabərləşdirəcək. Qarşılaşma Ağdam klubu üçün daha böyük əhəmiyyət kəsb edir. Belə ki, çempionluğa iddialı "Neftçi" və "Qəbələ" qarşılaşmasında klublardan ən azı birinin xal itirəcəyini nəzərə alsaq, Qurban Qurbanovun komandası 3 xal qazanaraq zirvədəki mövqeyini mökhkəmləndirə bilər. Paytaxt klubu 44-cü dəfə qarşılaşacağı “Qarabağ”ı yalnız top fərqində üstələyir. Bu dəfə vurulacaq ilk qol rəqiblərin duellərində 100-cü qol kimi tarixə düşəcək. Ardıcıl 3 matçda rəqibini məğlub edən ağdamlılar son 5 görüşdə uduzmayıb. Cütlüyün cari mövsümdəki ilk qarşılaşmasında "köhlən atlar" paytaxt klubunun qapısından 3 cavabsız top keçiriblər.
 
Növbəti qarşılaşma Lənkəranda baş tutacaq. "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Rəvan"ı sınağa çəkəcək. Turnir cədvəlində Bayıl təmsilçisinin bir pillə önündə qərarlaşan cənublular bu oyunda qələbə qazanmaqla uğursuzluq zolağından çıxdığını sübut edə bilər. Mustafa Dənizlinin gəlişindən sonra Azərbaycan Kubokunda qələbə və Premyer Liqada "İnter"lə səfər heç-heçəsi Lənkəran təmsilçisini ruhlandırıb. Türkiyəli mütəxəssisin "İnter"lə qarşılaşmadan sonra "biz fasiləyə qədər 7 xal qazanmalıyıq" deməsi "ağ-yaşıllar"ın iddialı oyun sərgiləyəcəyini qeyd etməyə əsas verir. “Xəzər Lənkəran” paytaxt təmsilçisi ilə ev oyunlarında meydanı qolsuz tərk etməyib. Lakin baş tutan 7 qarşılaşmada cüzi üstünlük “Rəvan”ın tərəfindədi. Belə ki, "uçan aslanlar" Lənkəran klubu ilə qarşılaşdığı 7 oyunun 2-dən meydanı başı uca tərk edib. Qalan 5 oyunun 1-də məğıub olub, 3-də isə hər iki tərəf bir xal qazanıb. Komandaların cari mövsümdəki ilk qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
 
Günün və turun sonuncu oyunu "Bakcell Arena"da baş tutacaq. Turun mərkəzi oyununda "Neftçi" digər çempionluğa iddialı "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Son 3 turda 2 dəfə məğlub olan paytaxt klubu fasiləyə iddialı yollanmaq üçün bu oyunda mütləq qələbə qazanmalıdı. Bundan başqa futbol ictimaiyyəti bu oyunu Nazim Süleymanovun sonuncu şansı kimi dəyərləndirir. Belə ki, onun komandası meydanı məğlub tərk edərsə, baş məşqçinin postundan gedəcəyi deyilir. Bölgə təmsilçisində isə işlər qaydasında gedir. Yuri Syominin yetirmələri səfər oyunundan bir xalla belə dönəcəyi təqdirdə yenə də 2-ci pillədəki mövqeyini qoruyacaq. 22-ci dəfə üz-üzə gələcək komandaların əvvəlki oyunlarında üstünlük “Neftçi”nin tərəfindədi. Son 3 oyunda paytaxt təmsilçisi məğlub olmayıb. Komandalar son 4 matçda isə meydanı qolsuz tərk etməyib. Cari mövsümdə cütlüyün Qəbələdə keçirilən ilk oyununda Bakı klubu meydanı 3 xalla tərk etmişdi (2:1).
 
Topaz Premyer Liqası
17-ci tur
15 dekabr (bazar)
 
14:00. Bakı – Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bakı” FK-nın təlim məşq bazasının stadionu.
 
16:00. Xəzər Lənkəran – Rəvan
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.
 
18:00. Neftçi – Qəbələ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bakcell Arena” stadionu.
 
Turun digər oyunları: İnter – Sumqayıt – 2:0, Simurq – AZAL – 3:0.
 
1
Qarabağ
16
9
6
1
28
9
+19
33
2
Qəbələ
16
10
2
4
24
14
+10
32
3
Neftçi
16
9
4
3
24
16
+8
31
4
İnter
17
8
3
6
27
19
+8
27
5
Bakı
16
7
3
6
27
18
+9
24
6
Simurq
17
5
7
5
16
14
+2
22
7
AZAL
17
5
6
6
15
22
–7
21
8
XL
16
3
7
6
11
21
–10
16
9
Rəvan
16
1
6
9
9
28
–19
9
10
Sumqayıt
17
1
4
12
8
28
–20
7
  
Bombardirlər:
9 – Vaqif Cavadov (İnter)
7 – Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı).
6 – Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ).
5 – Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ).
Shares: