UEFA "Seltik"i cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb azarkeşlərin Çempionlar Liqasının qrup mərhələsində “Milan”la matçda açdığı pankart olub.
 
"Seltik" fanatları sözügedən oyunda Şotlandiyanın azadlıq mübarizəsinin qəhrəmanlarından olan Uilyam Volos və IRA üzvü Bobbi Sandsın rəsimlərinin yer aldığı pankart açmışdı. Siyasi, dini, ideoloji və irqi təbliğatın əleyhinə olan UEFA şotland klubunu buna görə 50 min avro cərimə edib.
Shares: