Braziliya çempionatının qalmaqallı "Atletiko Paranaense" – "Vasko da Qama" qarşılaşması ilə bağlı qərar verilib. Futbolinfo.az xəbər verir ki, ölkənin İdman Arbitaj Məhkəməsi hər iki komandaya ağır cəzalar verib.
 
Azarkeşlərin səbəb olduğu olaylara görə meydan sahibi  "Atletiko Paranaense" növbəti 12 ev oyununu stadionun Koritiba şəhərindən ən azı 100 km aralıda keçirəcək. Bu oyunlardan 6-da stadiona azarkeş buraxılmayacaq. Klub həmçinin 59 min dollar cərimə olunub.
 
"Atletiko Paranaense"yə 1:5 hesabı ilə yenildiyi matçdan sonra B Seriyasına düşən "Vasko da Qama" isə 8 matçını təmsil etdiyi Rio de Janeyro şəhərindən kənar keçirəcək. Bu oyunlardan 4-ü azarkeşsiz baş tutacaq. Klub həmçinin 29 min dollar cərimə ödəyəcək.
 
Qeyd edək ki, "Atletiko Paranaense" – "Vasko da Qama"oyununda iki komandanın azarkeşlərinin davası nəticəsində onlarla insan yaralanmışdı. 
Shares: