Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan "Adanaspor"un vitse-prezidenti Nürəddin Koçun futbolinfo.az saytına müsahibəsi
– Nürəddin bəy, Bakıya xoş gəlmisiz!
– Çox sağolun!
– Öncə Bakıya səfərinizin səbəbini öyrənək…
– Bakıya futbolçu seçmək üçün gəlmişəm. Bir neçə oyun izləyəcəm. Artıq "İnter" – "Sumqayıt" matçını izləmişəm. İzləyəcəyim oyunlar sırasında "Bakı" – "Qarabağ", "Neftçala" – "Araz Naxçıvan" və "Neftçi" – "Qəbələ" matçları da var. Bazar ertəsi də geri dönməyi planlaşdırmışam.
– "Adanaspor" haqda məlumat verərdiz…
– "Adanaspor" köklü klublardan biridi. Uzun illər Super Liqada mübarizə aparan komanda olub. Daha sonra komanda sahibsiz qaldı, sponsor tapılmadı. Bir neçə liqa aşağı düşdük. 3-cü liqada olarkən Bayram Akgül kluba sahib çıxdı. Sıfırdan aldığı komandanı PTT 1-ci Liqaya qədər yüksəltdi. Bir neçə dəfə Super Liqanın iki addımlığından döndük. Klubun bazası mövcuddu. Bazada futbolçular üçün hər şərait yaradılıb. Onu da qeyd etmək istəyirəm ki, Bayram Akgül hər şeyi öz imkanı ilə həyata keçirir, sponsor yoxdu. Hazırda vəziyyətimiz yaxşı deyil, 15-ci yerdə qərarlaşmışıq. Amma vəziyyəti düzəltmək üçün çalışırıq.
– Komandanın mövqeyini yaxşılaşdırmaq üçün hansı addımlar atılır?
– Biz əvvəlcə aşağı yaş qruplarını inkişaf etdirmək istəyirdik. Əsas heyətdə gənclərə yer verdik. Lakin bu komandaya yaxşı təsir etmədi. Gənclər komandanın vəziyyətini yaxşılaşdıra bilmədi. Ona görə də bizə düşünə bilən, təcrübəli futbolçular lazımdı. Hazırda Azərbaycanla yanaşı, başqa bir neçə ölkədə də axtarışlarımızı davam etdiririk. İnşallah qış fasiləsindən sonra yaxşı nəticələr qazanarıq. Bir məsələni də qeyd etmək istəyərdim. Bunu Türkiyədə açıqlaya bilmirik, ancaq sizə deyə bilərəm. Hakimlər bizə çox problem yaradır. Bəzi klublar sponsorlu, bələdiyyə komandalarıdı. Bizim isə sponsorumuz yoxdu. Ona görə də hakimlər kənar təzyiqdən çəkinərək bizə qarşı çox haqsızlıq edirlər.
– Nəyə görə Azərbaycanda futbolçu axtarmaq qərarına gəldiniz?
– Mən çoxdandı Azərbaycana gəlmək istəyirdim. Futbolu izləmək söhbəti oldusa, ilk ağlımıza gələn Azərbaycan olur. Qismət bu günə imiş. Biz qardaş ölkəyik. Məndən əvvəl "Şanlıurfaspor"un meneceri Murad Daldık bura gəlmişdi. O mənə dedi ki, yaxşı futbolçular var. Burada Günel Rusman mənə kömək edir. Oyunlara da Günel xanımla bərabər gedirik. Bildiyimə görə, Murad bəyin də bəyəndiyi futbolçular olub. İstedadlı uşaqlar var.
– "İnter" – "Simurq" oyununu izlədiniz. Bəyəndiyiniz futbolçular oldu?
– Bəli oldu, amma ad çəkmək istəmirəm (gülür)…
– Hansı komandadan olduğunu soruşsaq…
– "İnter"dən bir neçə futbolçu bəyəndim. Amma baş məşqçimiz də onları canlı izləməlidi.
– Deməli tezliklə Levent Erişi də Bakıda görəcəyik?
– Bəli. Bayaq qeyd etdim, mən bazar ertəsi geri qayıdıram. Bəyəndiyim futbolçular haqda söhbətlərimiz olacaq və çox güman ki, bu həftə baş məşqçimiz bura gələcək.
– Bəs Premyer Liqamızın oyunu sizə necə təsir bağışladı?
– Bu oyun bizdə PTT 1-ci liqasının oyunları ilə eynidi. Mən bu cür oyunları Super Liqa matçları ilə müqayisə etməzdim. Bu, mənim şəxsi fikrimdi. Amma görürsən ki, komanda intizamlı oynayır. Oyun sistemində qarışıqlıq olmur. Azərbaycan Premyer Liqası Türkiyə futbolsevərləri tərəfindən maraqla izlənilir.
– Azərbaycanlı futbolçular Türkiyədə uğur qazana bilmir. Sizcə, bunun kökündə nə dayanır?
– Türkiyə çempionatı ağırdı. İşin sonunda maddi qazanc olduğundan hamı uğura can atır. Super Liqanı Avropanın ilk 5 liqası sırasına daxil edərdim. Yəni bizdə oyunlar çox çətin keçir. Azərbaycandan gələn futbolçular çətin liqaya gəlir. Bizdə PTT 1-ci liqası əsas liqadan daha güclüdü. Komandalar əsasən fiziki göstəricilərə üstünlük verir. Fikir versəz, PTT 1-ci liqada maraqlı, əzmkar oyunların şahidi olarsız.
– Türkiyə çempionatı ağırdı. İşin sonunda maddi qazanc olduğundan hamı uğura can atır. Super Liqanı Avropanın ilk 5 liqası sırasına daxil edərdim. Yəni bizdə oyunlar çox çətin keçir. Azərbaycandan gələn futbolçular çətin liqaya gəlir. Bizdə PTT 1-ci liqası əsas liqadan daha güclüdü. Komandalar əsasən fiziki göstəricilərə üstünlük verir. Fikir versəz, PTT 1-ci liqada maraqlı, əzmkar oyunların şahidi olarsız.
– Futbolçu maaşları sizi qane edir?
– Deyəsən, Azərbaycanda futbolçular az maaş almır. Bizdə o qədər yüksək məbləğ verilmir. Hətta bildiyim qədərilə sizdə legioner futbolçulara bizim Super Liqa qiymətlərinə yaxın pul verirlər. Bir şey var ki, burada qazanılan pulu orada da qazanmaq olar. Mən rəqəmləri demirəm, hər futbolçunun qiyməti başqadı. Amma eyni olan bir şey var ki, oynamasan nə orada, nə də burada pul qazana bilərsən.
– Sizdə də komandalar süni ot örtüyündə oyunlar keçirir?
– Bizdə süni ot örtüyündə oyunlar keçirilmir. Hamısı təbii ot örtüyündə keçirilir. Süni meydançalarda keçirilən matçlar futbolçular üçün təhlükəlidi. Çünki futbolçular süni meydanda daha ağır zədələr ala bilər. Ona görə də bizim çempionatın bütün oyunları təbii ot örtüyü olan meydanda keçirilir. Amma həvəskar liqalarda belə stadionlarda oyunlar olur.
– Bizdə süni ot örtüyündə oyunlar keçirilmir. Hamısı təbii ot örtüyündə keçirilir. Süni meydançalarda keçirilən matçlar futbolçular üçün təhlükəlidi. Çünki futbolçular süni meydanda daha ağır zədələr ala bilər. Ona görə də bizim çempionatın bütün oyunları təbii ot örtüyü olan meydanda keçirilir. Amma həvəskar liqalarda belə stadionlarda oyunlar olur.
– Azarkeşlərimiz sizi qane edə bildi?
– Açığını desəm, azarkeş sayı çox azdı. Amma xoşuma gələn bir məqam oldu. Sakit tərəfdarlarınız var. Yəni gördüyüm qədər azarkeşlərinizi futbolçuya, baş məşqçiyə təzyiq göstərmir. Ancaq onlara dəstək verirlər. Türkiyədə isə belə deyil. Bəzən azarkeşlər məğlubiyyətə görə klub bazasına hücum edərək məşqə mane olurlar.
– Fatih Terimlə birgə "Qalatasaray"da oynamısız…
– Terim "Qalatasaray"a məndən 2 il əvvəl transfer olmuşdu. O müdafiəçi idi, mən isə yarımmüdafiədə oynayırdım. Terim uğur qazandı və "Qalatasaray"da məşqçi oldu.
RÖVŞƏN ƏHLİMANOĞLU





