Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yenidən Bakıya qayıdıb. Futbolinfo.az xəbər verir ki, o, bu gün Topaz Premyer Liqasının 16-ci turu çərçivəsində 2 oyun izləyəcək.
Almaniyalı mütəxəssis öncə Bakı“ – “Qarabağ” görüşünü izləyəcək. Foqtsun izləyəcəyi digər oyun isə “Neftçi” – “Qəbələ” qarşılaşması olacaq.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” matçı saat 14:00-da, “Neftçi” – “Qəbələ” qarşılaşması isə 18:00-da start götürəcək.






