Topaz Premyer Liqasının 17-ci turunun "Bakı" – "Qarabağ" matçından xoşagəlməz hal yaşanıb. Futbolinfo.az xəbər verir ki, oyunun son dəqiqələrində "Qarabağ" azarkeşləri topu oyuna gec daxil etdiyinə gorə meydan sahiblərinin qapıçısı Kamran Ağayevə öz etirazlarını bildiriblər.
Amma o, qonaq komandanın fanatlarına buna görə təhqiramiz ifadə ilə cavab verib. Yığmamızın qapıçısının həmin ifadəsini etik çərçivələrə sığmadığından yazmasaq da, gənclərə nümunə sayılan aparıcı futbolçularımızın bu cür davranışlarına təəssüf etməmək olmur.
Qeyd edək ki, sözügedən qarşılaşma "Bakı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.





