“Xəzər Lənkəran”ın seleksiyaçı məşqçisi Mario Souzanın futbolinfo.az saytına müsahibəsi
 
– Bir neçə ölkədə futbolçu axtarışına çıxmışdız. Axtarışlarınızın nəticəsi nə yerdədi?
– Mən “Xəzər Lənkəran” üçün işləyirəm və bu yöndə müəyyən işlər görmüşəm. Xaricdə olduğum müddətdə bir çox futbolçulara baxmışam. Artıq “Xəzər Lənkəran” üçün uyğun oyunçular tapmışam. Amma mənim işim sırf baş məşqçi ilə asılıdı. Ona görə də Mustafa Dənizlinin komandamıza gəlməsi mənim də planlarıma təsir edib.
 
– Dənizliyə siyahı təqdim etmisiniz?
– Əlbəttə, seçdiyim futbolçuların siyahısını baş məşqçiyə təqdim etmişəm. Müəyyən futbolçular var ki, komandamızı gücləndirə bilərlər. Amma yenə də son qərarı baş məşqçi verəcək.
 
– Duqlas Leytenin “Quarani”yə qayıtmaq söhbəti var. Doğrudumu? Onu Azərbaycan məhz siz gətirmisiz…
– Bilirsiz ki, Duqlas Braziliyada məhşur qapıçıdı. Yanvar fasiləsi yaxınlaşdıqca bir çox futbolçuların başqa klublara keçmək söz-söhbəti yayılır. Bu səbəbdən də düşünürəm ki, onun haqqında da belə xəbərlərin yayılması normaldı. Amma Duqlas hazırda “Xəzər Lənkəran”a məxsusdu və yalnız indiki klubunu düşünür. Qarşıda nə baş verəcək, deyə bilmərəm. Onun haqqında da son qərarı Dənizli verəcək.
 
– Razısız ki, Duqlas özünü burada göstərə bilmədi?
– Bu, bir çox futbolçularda olur. Hətta dünyanın ən məhşur futbolçuları belə bəzi ölkələrə gedərkən orada özünü göstərə bilmir. Duqlas məhz uyğunlaşmada problem yaşadı.
 
– Joze Mourinyo ilə görüşmüsüz. “Çelsi” ilə “Xəzər Lənkəran” arasında hər hansı əməkdaşlıq ola bilərmi?
– İndiki halda heç nə deyə bilmərəm. Amma gələcəkdə ola bilər. Futbolda hər şey mümkündü. Mənim üçün “Xəzər Lənkəran” Qafqazın “Çelsi”sidi.
 
ELSEVƏR
Shares: